Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the updraftplus domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home6/gozelbagcam/public_html/wp-includes/functions.php on line 6114
Valideynlər üçün qızıl məsləhətlər – Gözəlbağçam.az

Valideynlər üçün qızıl məsləhətlər

  • 8 ay ago
  • 0

1. Hərdən özünüzə bu sualı verin: “Mən kimi böyüdürəm: sözəbaxan adamı, yoxsa uğurlu insanı?”

2. Uşağınız sizə qulaq asmayanda birinci sualı yadınıza salın.

3. Hətta körpə uşaq da ona soyuq və ya isti olduğunu, ac və ya toxluğunu, nəyi isə bəyənib-bəyənmədiyini anasından yaxşı bilir.

4. Uşaqlar valideynlərini təqlid edirlər. Sizdən götürdükləri pis cəhətlərə görə onları danlamayın.

5. Uşağa bacardıqca seçim imkanı verin. Məsələn, nə və nə qədər yemək, harada gəzmək, nə ilə oynamaq və s. Uşaq belə öyrənir.

6. Uşağa neqativ təcrübə qazanmağa da imkan verin. Səhv etmək normal haldır. Bu da öyrənmə yoludur.

7. Hündür yelləncəklərdə oynayan uşağınızı müxtəlif təhlükələrlə qorxutmaq əvəzinə yaxınlıqda dayanıb sığortalayın. Birinci sual yadınızdadır

8. Bacarmadığı işlərdə uşağınıza  kömək edin. Bacardığı işləri görməkdə isə ona mane olmayın.

9. Öyrətmənin yaxşı üsulu – birlikdə öyrənməkdir.

10. Nəyi necə etməyin texnologiyasını uşağınızla bölüşün. Məsələn, velosipedi necə idarə edirsiniz.

11. Uşağınız özünü pis hiss edəndə onu öyrətmək  yox, sevmək lazımdır. İsti qucaq və şirin sözlər bəs edər.

12. Sizin güclü olmağınız hələ o demək deyil ki, siz həmişə haqlısınız.

13. Televizor qarşısında keçən vaxtı qısaltmağın ən yaxşı yolu uşağı maraqlı dərnəklərə aparmaqdır.

14. Dayə, tərbiyəçi, müəllim seçərkən ən mühüm meyar həmin insanda uşaqlara sevgi hissinin olmasıdır. Amma uşağa sevgi hissini qeyri-səmimi hisslərdən ayırmağı bacarın.

15. Cib xərcliyini hər hansı iş üçün məvacib kimi ödəmək bağışlamaqdan daha yaxşıdır.

16. Siz uşağınıza nə qədər çox hörmət etsəniz, onun hörmətli insan olmasına bir o qədər çox şans yaranacaqdır.

17. Sizin nəyisə bilməmək, səhv etmək haqqınız vardır. Özünüzü ideal göstərməyə çalışmayın –gülməli alınacaq.

18. Əgər kimsə sizin uşağı tənbeh edirsə (məs., nənə, baba, tərbiyəçi, müəllim) tənbehə siz də qoşulmayın.

19. Suallar verməklə öyrədin. Uşağın özünün tapdığı cavabın misli-bərabəri olmur.

20. Siz də insansınız – uşağın xətrinə lazımsız qurbanlar verməyin. Öz maraqlarınızı gözləmək və özünüzə qayğı göstərməklə uşağa yaxşı nümunə verirsiniz.

21. Əgər uşağa yalnız xəstə olanda qayğı göstərirsinizsə, uşaq tez-tez xəstələnməyə çalışacaq. Uşaq sağlam olanda da onunla oynayın.

22. “Qamçı və kökə” prinsipi sözəbaxan uşaq böyütmək üçün yaxşı üsuldur. Birinci sualı yadınıza salın.

23. Uşağınızı məbur etməyin ki, sizin arzularınızı reallaşdırsın. Ən yaxşısı – özünüz arzularınızı həyata keçirin. Uşağınız sizə baxıb öyrənəcək.

24. Səhv buraxmısınız? Uşaqdan üzr istəyin.  Sakitcə, moizə oxumadan.

25. Əgər cəzalandıracağınızı demişdinizsə, cəzalandırın. Cəzanın ləğv edilməsi aldatmağa bərabərdir.

© Valideyn.az

Join The Discussion

Compare listings

Compare