Rus və Azərbaycan bölmələri mövcuddur.
Proqram olaraq STEM + art və Amerikan məktəbəqədər proqramını tətbiq edirik.
Proqramımız Təhsil Nazirliyinin 1-11 ci sinif Riyaziyyat Dərsliklərinin müəllifi Nayma
Qəhrəmanova tərəfindən 7 il ərzində dünyanın inkişafetmiş ölkələrinin qabaqcıl
məktəbəqədər təhsil proqramları araşdırılaraq yaş səviyyələrinə uyğun hazırlanmışdır.
Proqramın uşaqlara çatdırılma yolları və tətbiq üsulları:
Amerikan Məktəbəqədər Təhsil proqramı
Hər ayın özününün rengi, fiquru, herfi, rəqəmi var.
Hər həftənin mövzusu var. 1 ayda 4 mövzu var. Mövzuya uyğun həftənin nağılı,
həftənin mahnısı,”art” deyilən bölümü vardır ki, bura kəsib yapışdırmaq, rəngləmək daxildir.
Həmin ayda öyrədiləcək hərf, rəqəm, say bu 4 mövzu üzərində öyrədilir. Bundan başqa
proqramda her gün üçün kiçik və böyük motorikanı inkişaf etdirən məşğələlər yer almışdır.
Proqram yaş qruplarına görə səviyyələrə bölünür.
Laboratoriyada təcrübələr
- Uşaqlar üçün xüsusi təchiz olunmuş laboratoriyadakı avadanlıqlarla olan təcrübələr;
- Bağçamıza məxsus olan “balaca alim” kitablarında olan təcrübələrlə uşaqlar
təbiət fənnləri ilə erkən yaşdan tanış olur.
Məntiqi idraki təfəkkürü inkişaf etdirən oyunlar
70 ǝ yaxın məntiqi idraki təfəkkürü inkişaf etdirən oyunlarla uşaqların nitq qabiliyyətləri,
kiçik motorika bacarıqları, sosial bacarıqları və s. inkişaf edir. Oyunlar hər biri yaş
qrupuna bölünüb və uşaqların hərtərəfli inkişafını təmin edir.
İngilis dili
Ingilis dili hər gün interaktiv olaraq tətbiq edilir və müəllimə yalnız ingilis dilində danışır
Rəsm
Tematik olaraq həftədə 1 dəfə professional rəsm müəllimi tərəfindən tədris olunur.
(Har gün proqramdakı mövzuya uyğun rəngləmə olur)
Musiqi
Musiqi ritm alətləri ilə Orff nəzəriyyəsinə əsasən keçirilir.
Mətbəxdə Əyləncə
Uşaqlar onlar üçün təchiz olunmuş mətbəxdə şirniyyatlar, pizza və s. hazırlayırlar.
Komanda şəklindəki aktiv oyunlar
Böyük motorikanı inkişaf etdirən qruplarla komanda şəklindəki aktiv oyunlar tətbiq olunur.
Kodlama və proqramlaşdırma
Kodlamanın kiçik yaşlı uşaqlara tədrisi onlarda problem helli, məntiqi ardıcıllıq qurma,
düşündüyü ardıcıllığı hərəki ardıcıllığa çevirmə, səhv addımları təyin etmə,
yaradıcı düşünmə və s. kimi bacarıqları inkişaf etdirir.
Qidalanma
ət, yumurta, toyuq tam orqanikdir. Yeməklər ancaq kənd məhsulları ilə bişirilir.
Qatıq, jem, keks, peçenyə və şirniyyatlar bağçada hazırlanır.
Gündə 3 dəfə qidalanma rejimimiz her yeməkdə isə geniş qida, ət çeşidləri var.