Havalar isti keçir. Nə etmək lazımdır? Təbii ki, üzmək.
Əgər dənizə gedə bilmirsinizsə pis olmayın, çünki şəhərdəki üzmə hovuzlarından yararlana bilərsiniz. Üzmək həm sizin, həm də uşağınız üçün mükəmməl bir fəaliyyətdir. Balaca yaşından düzgün şəkildə üzməyi öyrənməsi uşaqların sudan qorxmalarının qarşısını alır və asan şəkildə bu fəaliyyəti öyrənmələrinə şərait yaradır.
Araşdırmalara görə, kiçik yaşlarından uşağı üzməyə öyrəşdirmək onun həm fiziki, həm də mənəvi inkişafına təsir göstərir.
Bəs uşağınıza üzməyi öyrətmək üçün nə etməlisiniz?
Əvvəlcə hazırlıq görmək lazımdır. Hər hansı bir narahatlığının olub-olmamasına nəzarət edin. Aşağıdakı problemlərdən hər hansı biri uşağınızda varsa, onu üzməyə aparmayın.
- Nəfəs almaqda çətinlik
- Temperatur
- Gərginlik
- İştahsızlıq
- Səbəb olmadan qusmaq və ürəkbulanma
- Hər növ açıq yara və ya qulaq infeksiyası
Nə edə bilərsiniz?
- Yanınızda uşağınızın sevdiyi oyuncaqlardan biri olsun. Beləcə balacanız özünü bir qədər güvəndə hiss edəcəkdir.
- Uşağınızı qucaqlayıb onu cəsarətləndirin. Sudan xoşu gələrsə, başını suya salıb çıxarmaq və ya yan-yana irəliləmək kimi hərəkətlər edə bilərsiniz.
- Uşağınızın çiyinlərinin suda qalmasına fikir verin. Əks halda, çiyinləri qısa vaxtda üşüyəcək.
- Övladınızın ağlaması heç də hər zaman onun sudan çıxmaq istəməsi anlamına gəlmir. Onu həmin dəqiqə sudan çıxarsanız su ilə ağlamağı əlaqələndirəcək. Gözyaşının səbəbini tapmağa və sudan çıxmadan öncə onu sakitləşdirməyə çalışın.
- İlk sınağınızı qısa edin.
- Məkanın insanlarla dolu olmamasına çalışın. Övladınız səs-küylü mühitdən narahat olub qorxa bilər.